Fətullah Gülənin bağlatdırdığı cinayət işi yenidən açılıb.
Teleqraf.com xəbər verir ki, 10 il qabaq Ərzurumda 15 yaşındakı qıza təcavüz etmək iddiası ilə ittiham olunub bəraət qazanan, cinayətkarlar arasında Fətullah Gülənin qardaşı Seyfullah Gülən və qardaşı oğlanları Əmmar və Səlahəddin Gülənin də olduğu cinayət işi yenidən açılıb.
Daha öncə bəraət qərarı ilə sona çatan cinayət işi baxılması üçün yenidən məhkəməyə göndərilib. Fərari Gülən qardaşları məhkəməyə qatılmasa da, dəstə üzvlərindən 10 nəfər məhkəmə zalına gətirilib. Şübhəlilər ittiham olunduqları cinayətdə özlərini günahkar hesab etmədiklərini deyiblər. Hakim məhkəmə prosesini təxirə salıb. Ancaq Əmmar və Səlahəddin Gülən qardaşlarının həbsi ilə bağlı qərar isə qüvvədə qalıb.
Eyni zamanda Gülən dövründə qardaşı və qardaşı oğlanlarının cinayətini saxta sənədlərlə ört-basdır edən, vəszifəsindən sui-istifadə edən 16 polisin də məhkəmə prosesi davam edir.