28 Dekabr 2017 12:39
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunur.

Məhkəmənin hökmü ilə dəstə başısı Elçin Qasımov 15 il mqüddətinə azxadlıqdan məhrum edilib.

Hökmün elanı davam edir.

***

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 6 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, prokuror Elçin Qasımovun 16 il, Ağaəli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il və Əmirli Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.


Müəllif: Hacı Zeynalov