4 Yanvar 2018 11:44
3 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim dövr” qəzetinin baş redakttoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəflinin, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirlənsirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən Sevinc Məmmədsalayeva məhkəməyə etab edilməyib.

Bu səbəbdən növbəti proses yanvarın 9-na təyin edilib.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri çərçivəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Sonradan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparmaq, onları şantaj etmək, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etmək və almaq, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamaqda ittiham olunurlar.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun Surxay Əliyevlə cinayət əlaqələrinə girmələri məlum olub.

Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi Habil Vəliyevin işindən ayrılıb.

Habil Vəliyevin cinayət işi ayrıca icraatda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər