12 Yanvar 2018 17:10
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir gecədə iki quldurluq hadisəsi törədən şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti-20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirib qaçdıqlarını bildirib.

Məlumat ərazi üzrə Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsinə ötürülüb. “İsti” izlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.

Polis cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Mirzalı Nuriyev və Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Əsədlini saxlayıb.

Həyata keçirilən əlavə tədbirlərlə quldurların eyni tarixdə vətəndaş Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

Polis əməkdaşları quldurluqda şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də mümkün sayırlar. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər