17 Yanvar 2018 11:28
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Dimitriy Razumniy 18 il, Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi bu il aprelin 30-da Səbail rayon Neftçilər prospektində mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.

Onlar qadın tanışları 1971-ci il təvəllüdlü Yelena Sandrandinova yaşadıqları mənzilə gətiriblər. Yeyib-içmək məclisindən sonra Samir Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Qadın etiraz edib və evin dəhlizinə çıxıb. Samir də Yelenanın arxasıyca dəhlizə çıxaraq onun baş və bədən hissələrinə yumruq, təpik zərbələri vurub.

Dmitriy Razummıy da dostu Samirə kömək edərək qadını döyüblər. Sonra onlar qadını soyunduraraq divana uzadıb, orada qadına qarşı seksual xarakterli hərəkətlər ediblər. Qadın özündən gedib.

Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edərək yatıb. Gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyib. Bu zaman o qadının öldüyünü bilib.

O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək evdən çölə çıxarıb, daha sonra meyiti Qız Qalasının yaxınlığında həyətdə bir küncə qoyub.

Yelena Sandrandinovanın meyitini polis aşkarlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razummıy həbs edilib.

Məlum olub ki, onlar sərxoş ikən Sandrandinovanı ölənə qədər döyüblər, onun qabırğasını qırıblar və küt alətlə dəfələrlə başına vurublar. Sonra qatillər meyitdən canlarını qurtarmaq üçün onu ikinci mərtəbədən tullayıblar. Bunun ardından qətlin iştirakçıları “vurmağı” davam etdiriblər və yatıblar.

Samir Zenyukov və Dmitriy Razummıy Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (kömksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilir.

Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər, həm də ölən şəxs tüfeyli həyat sürüblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər