26 Yanvar 2018 11:51
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şəxsə hökm oxunub.

Vəfa Qurbanova 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində azyaşlı övladı olduğu üçün hökmün icrası övladının 14 yaşı tamam olanadək təxirə salınıb.

İttihama görə, vətəndaşdan 156 min manat alaraq qarşılığında ona açağı kursla dollar verəcəyini vəd edib.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Vəfa Qurbanova əvvəllər banklardan birində işləyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər