Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkilinin vəsatətinə baxılıb.
Məhkəmə vəsatət əsasında Anar İsmayılovun hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə-psixatrik ekspertizası təyin olunub.
O, 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilib.
Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Anar İsmayılov Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Anar İsmayılov idmançıdır. O, 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyaniyada keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.