Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 27-də Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini Rauf Mirzəyev yanvarın 24-də axşam saatlarında Biləcəri qəsəbəsi ərazisində tanımadığı 2 nəfər tərəfindən döyüldüyünü və üzərində olan 740 manat pulunun alındığını bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa vaxtda müəyyən ediliblər.
Paytaxt sakinləri Əhliman Abbasov və Samir Əzimov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.