Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verən Hafiz Hacıyev müraciətində bildirib ki, hüquqşünas onun şərəf və ləyaqətini alçaldıb. Buna görə Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Aslan İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.