7 Fevral 2018 11:36
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Namiq Hüseynov 54 min 500 manat məbləğində mülki iddia qaldırıb. Məhkəmə mülki iddianı qəbul edib.

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib, hər iki şəxsin həbs edilməsi ilə bağlı vəsatət qaldrırılıb. Vəsatətlər təmin edilməyib.

Növbəti iclası fevralın 14-nə təyin edilib.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dədələduzluq yolu ilə mənimsəyiblər.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər