16 Fevral 2018 10:10
4 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunun Çağan kəndində anadan olmuş 1959-cu il təvəllüdlü Məfkurə Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Məfkurə Mustafayeva yaşadığı Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi-88 ünvanda fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edib.

Həmin əxlaqsızlıq yuvasına müştəri kimi gedən Şamaxı şəhər sakini Adil Paşayev Sabirabad rayon sakini Ətayə Məmmədova (Ad və soyadlar şərtidir) ilə intim əlaqədə olmaq istəyib.

Məfkurə Mustafayeva qadınla intim əlaqədə olmağa şərait yaradılması üçün Adil Paşayevdən 50 manat almaq barədə razılığa gəlib.

50 manatı alan Məfkurə onları evinin ayrıca otağına aparıb. Bu zaman Şamaxı rayon polis şöbəsinin əməkdaşları ora gəliblər. Polislər evdə əməliyyat-axtarış tədbirləri aparıblar. "Qonaqlar"ın intim əlaqədə olduğu təsdiqlənib.

Məfkurə Mustafayeva Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham edilib.

Şamaxı rayon Məhkəməsinin hökmü ilə Məfkurə Mustafayevanın aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun cəzasının əvvəlinin işlədiyi və qazancından pul tutulmalarının aparıldığı vaxtdan hesablanması qərara alınıb.

Həmin hökmdən narazı qalan Məfkurə Mustafayeva apelyasiya şikayəti verib. O, günasız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məfkurə Mustafayevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 244.1-ci maddəsi sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Bu qərardan prokuror narazı qalıb və kasasiya protesti verib. Prokuror protestində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasını, Məfkurə Mustafayevanın barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Prokurorluğun protestinə Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin edib, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarını ləğv edib.

Bu dəfə apelyasiya instansiyasında Məfkurə Mustafayevanın işinə hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası yenidən Məfkurə Mustafayevanın barəsində bəraət hökmü çıxarıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər