22 Fevral 2018 11:30
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi, hazırda həbsdə olan Rövşən Əhmədovun barəsindəki hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Rövşən Əhmədovun kasasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlməyib.

İttihama görə, Rövşən Əhmədov Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurmada) təqsirli bilinib. 2014-cü ilin iyul ayının 31-də, saat 22:00 radələrində Salyan şəhərində şəxsi münasibətlər zəminində bacısı Zərinə İsmayılova ilə mübahisə edib. Mübahisəyə səbəb bacısı Rövşən Əhmədovun ünvanına təhqiredici sözlər deməsi olub. O, bacısının baş nahiyəsinə bir yumruq zərbəsi endirib. Zərinə İsmayılova Salyan rayon polis şöbəsinə şikayətlə müraciət edib.

Rövşən Əhmədov ilə bacısı Zərinə İsmayılovanınuzun müddət münasibətləri olmayıb.

Salyan rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə Rövşən Əhmədovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan Rövşən Əhmədov apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qismən dəyişdirib.

Rövşən Əhmədovun ittiham olunduğu maddədə məhkum edilmək barədə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə hökmdən xaric edilib, ona cəza təyin edilməyib.

Daha sonra Rövşən Əhmədov kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

O, qohumu Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri iləmittiah irəlinsürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib.

Xatırladaq ki, R.Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Çingiz Baxşıyev Nərimanov rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, Rövşən Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Çingiz Baxşıyev şərəf və ləyaqətinin alçaldıldığını bildirərək Rövşən Əhmədov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Rövşən Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Hökmdən narazı qalan Rövşən Əhmədov apellyasiya şikayəti verib.

Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.

Daha sonra Rövşən Əhmədov Bakı Apelyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlməyib. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rövşən Əhməfovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Rövşən Əhməfovyn barəsində 8 il 3 ay müddətinə ittiham hökmü çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər