Bakıda həmyerlisini öldürməyə cəhddə təqsirli bilinən Mikayıl Dəmirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Mikayıl Dəmirli 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.
Bundan bir gün sonra həmyerlisi Mikayıl Dəmirli 12-ci polis bölməsinə gələrək hadisəni münaqişə zəminində törətdiiyini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.
Mikayıl Dəmirli Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.