Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon subartezian quyularının istismarı idarəsinə məxsus quyunu elektrik enerjisi ilə təmin edən kabelin 20 metrlik hissəsinin kəsilərək oğurlanması barədə Tərtər rayon polis şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Nağıyev saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-fevral aylarında şəhər ərazisində, həmçinin rayonun Sarıcalı, Hüləbətli, Seydimli, Bəyimsarov kəndləri ərazisində Tərtər subartezian quyularının istismarı idarəsinə məxsus quyuları elektrik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlaması müəyyən edilib.