Gəncə şəhərində narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə dəmir yolu stansiyasının ərazisində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Aşırov həbs edilib.
Ondan 2 kiloqram 270 qram marixuana götürülüb.