Vəzifə səlahiyyətlərindən sui-istifadə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satmaqda təqsirləndirilən İlkin Məmmədov və Günel İslamovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 16-na təyin edilib.
İttihama görə, Sabunçu rayonu Maştağa qəsəbəsində fəaliyyət göstərən aptekin sahibi İlkin Məmmədov və Günel İslamova şəhər prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət Məcəlləsinin 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, təkrarən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Hər iki şəxs qanunsuz olaraq narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların satışı ilə məşğul olublar.