Bakının Binəqədi rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki avtomobil yuma məntəqələrindən birindən mobil telefon oğurlanıb.
4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Quliyev saxlanılıb.