28 Mart 2018 17:20
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluq yolu ilə başqalarının külli miqdarda pul və əmlakını ələ keçirməkdə təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Ceyhun Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb.

O, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər