11 Aprel 2018 13:06
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün mənə çatdırdılar ki, Kamal sizin qapıya gedib-gəlir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ARB TV-nin “Rezonans” verilişində məhkum Rəvan Bağırov törətdiyi namus cinayəti haqda danışarkən deyib.

Rəvan Bağırov onunçün həyatda namusdan şərəfli heç nə olmadığını bildirib və baş verən hadisənin təfərrüatını danışıb:

“1999-cu ildə hərbi xidmətdə yaralandım. Dizimdə problem var. O gündən bu yana əsa ilə gəzirəm. Həyatda namusdan şərəfli heç nə ola bilməz. Qonşuda Kamal adlı biri qalırdı. Bir gün mənə çatdırdılar ki, kamal sizin qapıya gedib-gəlir. Əhəmiyyət vermədim. Sonralar gördüm ki, düz söhbətdir və onu çağırıb başa saldım. Mənə dedi ki, sizin qohumdan qız istəyirəm, ona görə gəlirəm. Fikrləşdim ki, normal haldır. Bir gün təsadüfən yoldaşımın telefonunu götürəndə gördüm ki, onunla baş-başa şəkilləri var. Dedi ki, bilməmişəm, səhvən montaj eləmişəm. Yoldaşımı atasıgilə qoydum. Sonra həmin Kamalı tapdım, üstümə bıçaq çəkdi. Yanımda adamlar olduğu üçün heç nə demədim. Sonra zəng elədim, görüşdük və apardım həmin qohum qızgilin yanına. Dedi ki, biz bir-birimizi sevirik. Qardaşım kriminal aləmdə tanındığı üçün silah gəzdirirdim. O, yenə elədiyindən vaz keçmədi. Yenə bununla görüşüb başa salmağa çalışdım. İdmançı olduğu üçün məni təhqir elədi, ağzına gələni dedi. Ov tüfəngi ilə atəş açıb bir gülləyə öldürdüm. Daha sonra təcili yardıma xəbər verib, polisə təslim oldum. Heç vaxt şərəfimi ləkələməzdim. Hər ikisi səhv elədi. Peşmanam, kaş bu cür olmayaydı. Yoldaşımla bir neçə dəfə telefonla danışmışam. Səbəbini soruşanda deməyib. Uşaqlarım yaşlı atam və xalamla qalır. Qardaşım və anam vəfat edib. Xalam həm də qayınanamdır. Tək çətinlikləri dolanışıqdır. O da sosial yardımla inanıram ki, düzələcək”.

Qeyd edək ki, Rəvan Bağırov 11 il 6 ay həbs cəzası alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər