19 Aprel 2018 09:46
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, hazırda fəaliyyət göstərən Real TV-nin icraçı direktoru, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev barəsində çıxarılmış hökmndən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, onun şikayəti təmin edilməyib.

Mirəddin Ağayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayəti əsasında Mirəddin Ağayev istintaqa cəlb olunub. Şikayətçi Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər