Yardımlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, iyunun 2-də Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb.
Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - 4064,2 qram heroin, 6023,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.