Tbilisidəki aksiyaların təşkilatçısı Zaza Saralidze Gürcüstan baş naziri Qeorqi Kvirikaşvili ilə keçirdiyi görüşlə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, oğlunu itirmiş valideyn hökumətə iyunun 10-a kimi vaxt verib.
"Əgər istintaq yekunlaşdırılmasa və canilər məsuliyyətə cəlb olunmasa hökumətinin istefası tələbi yenidən gündəmə gələcək", deyə Saralidze bildirib.
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.