Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Musa Tukanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, prokuror Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Musa Tukanov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.