Türkiyənin Ədirnə şəhərinin Suluca kəndində çayxanada oruc tutmağın vacibliyini diqqətə çatdıran imam çay içən Y.Ç tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, imam çayxanaya gələrək Ramazanda oruc tutmamağın cəzası barədə söhbət açıb. İmamın nəsihətlərindən bezən çay içən Y.Ç stolla din xadimini vurmağa başlayıb.
Aldığı zərbələrdən yerə yıxılan imam qan içərisində xəstəxanaya çatdırılıb.
Y.Ç. isə polisdə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.