Rusiyanın Çelyabinsk əyalətində dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, polis gündüz vaxtı küçənin ortasında 25 yaşlı oğlanı yandıran cinayətkarları axtarır.
Bədəninin 90 %-i yanan şəxsi təsadüfən yoldan keçən vətəndaşlar görüb. Onlar hadisə yerinə təcili yardım çağırıblar. Xəstəxanaya çatdırılan oğlanın həyatını xilas etmək mümkün olmayıb. O, hücum edən şəxsləri tanımadığını bildirib.
İstintaq komitəsi hazırda cinayəti törədənləri axtarır.
Mətbuatın yaydığı məlumata görə, mərhum şirniyyat dükanında işləyirmiş. Onun heç kimlə probleminin olmadığı vurğulanıb.