14 Avqust 2014 17:12
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qadınları fahişəliyə cəlb edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Elnarə Əsgərova tutulub.

Elnarə Əsgərova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: