Şəki Penitensiar müəssisəsində kompüter kursunu başa vurmuş məhkumların ilk qrupuna müvafiq sertifikatların təqdim olunma mərasimi keçirilib.
Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, ilkin kompüter biliklərinə yiyələnmiş 29 nəfər məhkuma “24 F/PS – Birinci yaradıcılıq birliyi”nin sertifikatları təqdim olunub. Kompüter vərdişlərinə yiyələnmiş məhkumlar ilk dəfə olaraq müəssisədə təşkil olunmuş elektron kitabxananın xidmətlərindən istifadəyə başlayıblar.
Tədbirdə Şəki Regional ədliyyə şöbəsinin və Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak edib.
Hacı Zeynalov