1 İyul 2018 09:18
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində olan parklardan birində gəzişən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əfqan Salmanov tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zamanı Əfqan Salmanov həmin şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Əfqan Salmanov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hazırda polis cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər