2 İyul 2018 11:08
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun işi üzrə şikayətə Ali Məhkəmənin Plenumunda baxılıb.

İlqar Məmmədovun vəkili Fuad Ağayev Teleqraf.com-a bildirib ki, Plenum İlqar Məmmədovun barəsində olan apelyasiya və kasasiya instansiyaları məhkəmələrinin qərarını ləğv edib.

İşə yenidən apelyasiya instansiyasında baxılması tövsiyə edilib.

İlqar Məmmədov 2012-ci ildə İsmayıllıda baş verən ixtişalarda günahkar bilinib və həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə İlqar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Ali Məhkəmə də kasasiya şikayətini təmin etməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər