2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Fərid Nağıyev çıxış edib.
O, Elxan İsgəndərovun 14 il, Əbülfəz Bünyatovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror zamində olan Əbülfəz Bünyatovun məhkəmə zalında həbs edilməsini tələb edib.
İttihama görə, Elxan İsgənədovun barəsində həbs qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib.
Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri seçilməyib.