Zimbabve polisi öldürdüyü qadının qanını içən 34 yaşlı kişini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Chronicle” nəşri məlumat yayıb.
Qəzetinin verdiyi xəbərə görə, Kristofer Sibanda adlı şəxs qadına hücum edib. Daha sonra onun boğazını kəsərək qanını içməyə başlayıb. Yaxınlıqdan keçən sakinlər onu saxlayıb polisə təhvil veriblər.
Qeyd edək ki, son illər Zimbabvedə bu cür cinayətlər çoxalıb. 2015-ci ildə 26 yaşlı Alois Nduna 12 qadını zorladığını və öldürdüyünü bildirib. O, qurbanlarının qanını da içdiyini etiraf etmişdi.