15 İyul 2018 11:10
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yaşayan Rüfət Qurbanovun evindən 3000 manat nəğd pul, 25 min manatlıq isə qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov