18 İyul 2018 14:36
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Telman Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Telman Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci ildə paytaxtın Bilgəh qəsəbəsində Telman Allahverdiyevin idarə etdiyi "Daewoo" markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovunidarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Ramiz İsmayılov hadisə yerində ölüb.

Telman Allahverdiyev həmin hadisəni törədəndən sonra ölkədən qaçdığı üçün beynəlxalq axtarışa verilib.

O, bu il hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb və məhkəmə məsuliyyətinə verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər