Peruda 3 satanist övlad analarını öldürüb, gözlərini çıxarıblar.
Teleqraf.com xəbər verir ki, 75 yaşlı Teodota Ccayllahua Perunun şimalında yerləşən Andabamba dağ kəndində 3 övladı tərəfindən vəhşicəsinə öldürülüb.
Polis gözləri oyulmuş və bağırsaqları deşilmiş halda tapılan qadının satanist ayinlə öldürüldüyünü bildirib.
Bundan başqa 3 övlad – 38 yaşlı Aurelia Quispe, 41 yaşlı Percy Quispe və 46 yaşlı Marcelina Suane analarının cəsədini gölə ataraq qanlı suda yuyunublar.
Aurelia Quispe “anamı öldürmə əmrini qaranlıqlar şahından aldım” deyə bildirib.