Bu ilin 6 ayə ərzində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12844 (2017-ci ilin müvafiq dövrü ilə müqayisədə - 338 və ya - 2,6%) cinayət qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, onların 93,8 %-i və ya 12043-ü daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub.
Bu cinayətlərin 89,4 faizini böyük ictimai təhlükə törətməyən (3653) və az ağır (7109), yalnız 10,6%-ni (1281) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Qeydə alınmış cinayətlərin strukturunda 2466-ı (2017-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə 125 və ya 5,3% çox) şəxsiyyət əleyhinə, 5643-ü (- 875; - 13.4%) iqtisadi sahədə törədilən, onlardan 5542-i (-905; -14,0%) mülkiyyət əleyhinə, 3578-i (+279;+8,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 354-ü (+ 43; + 13.8%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz (+0,7%) təşkil etmişdir. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin (+2,1%), şəxsiyyət əleyhinə olanların (+0,6%), onlardan adam öldürməyə cəhdlərin (+1,8%), insan alveri (+8,7%) və xuliqanlıqların (+4,9%) açılması yaxşılaşıb.
Hədə-qorxu ilə tələb etmə cinayətlərinin açılması tam təmin edilib.
Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla 80,6 faizə (+1,3%) yüksəlib.
Şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 1,3% (+1, 81-80), avtonəqliyyatın qaçırılması 4,9%(+4, 86-82), xuliqanlıqlar 15% (+60, 459-399) artmış, yol-nəqliyyat hadisələri 5% (-42, 806-848), qəzalarda həlak olanların sayı 1,3% (-4; 311-315), xəsarət alanların sayı 8,3% (-69; 763-832) fakt azalıb.
Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər də +21,5% (735-605) artıb.
Mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 276 (-7,1%; 3598-3874), dələduzluq cinayətləri 687 (-32,1%; 1453-2140), quldurluqla bağlı cinayətlər 9 (-12,7%; 62-71) fakt azalıb.