Türkiyədə eşşəyin başına torba keçirərək onu çomaqla vuran şəxs yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Təbiəti Qoruma və Milli Parklar Baş İdarəsinin yerli şöbəsi həmin şəxsi 600 manat məbləğində (1250 lira) cərimələyib.
Qarsın Arpaçay kəndində yaşayan 54 yaşlı V.Ç adlı çoban iki eşşəyə işgəncə verdiyi üçün hər birinə görə 300 manat (625 lira) olmaqla 600 manat (1250 lira) məbləğində cərimələnib.