30 İyul 2018 21:42
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada atalarını qətlə yetirən üç bacı bunu özünümüdafiə kimi təqdim etmək istəyiblər.

Bu barədə hüquq mühafizə orqanlarından bildiriblər.

Atalarını öldürdükdən dərhal sonra qızlar bədənlərin görünməyən hissələrindən yaralar vurublar. Onlar polisə bildirblər ki, özlərini müdafiə edərkən atalarını öldürüblər. Amma yalanları qısa müddətdə ifşa olunub: ekspertiza yaraların güzgü qarşısında vurulduğunu sübuta yetirib.

“Qətl mənzildə törədilib. Daha sonra qızlar cəsədi bayıra çıxarıblar və polis çağırıblar. Bu zaman onlar mərhumun quraşdırdığı təhlükəsizlik kamerasını söndürüblər. Elə bu da müstəntiqləri şübhələndirib”, - polisdən bildiriblər.

Qızlar ayrılıqda sorğu-sual olunublar və ifadələri kəskin surətdə bir-birindən fərqlənib.

İlkin məlumatlara görə, 2015-ci ildə ailə başçısı qızların anasını və böyük oğlunu evdən qovub. Lakin onların ünsiyyətinə maneçilik törətməyib.

Bildirilir ki, polisə müraciəti ailənin böyük qızı, 19 yaşlı Angelina edib. O bildirib ki, bacıları 17 yaşlı Kristina və 18 yaşlı Marya ilə birlikdə atalarını öldürülüblər.

/Oxu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər