Xaçmaz rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əliağa Yaşar oğlu Əliyev sərxoş halda çimərkən batıb. Onun meyiti sudan çıxarılıb. O, “Batabat” istirahət mərkəzində istirahət edirmiş. O, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edirmiş. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov