Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avqustun 9-dan 22-dək olan müddətdə rayon ərazisində 3 qadının çantalarından pul və sənəd oğurlanması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər də eyni cinayətə görə məhkum olunmuş Günel Quliyeva saxlanılıb.