Xaçmaz rayonunda polis əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz rayon polis şöbəsinə rayonun Çarxı kənd ərazisində kafedə əxlaqsızlıq yuvasının təşkil olunması barədə məlumat verilib.
Məlum olub ki, kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil edilib.
Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon polis şöbəsinin cinayət-axtarış bölməsi əməkdaşları kafedə əməliyyat keçirilib.
Əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırmalar aparılır.