6 Sentyabr 2018 10:23
3 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində insan alveri ilə məşğul olan qadının tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə tədbirləri nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Günel Hüseynova həbs edilib.

Məlum olub ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu ilin əvvəlində Günel Hüseynovanın barəsində axtarış elan edib.

Günel Hüseynovanın insan alveri ilə məşğul olması barədə idarəyə bir neçə zərərçəkmiş şəxs şikayət edib.

Zərərçəkmişlərin şikayətləri araşdırılandan sonra Günel Hüseynovanın cinayət əməli törətməsi sübuta yetirilib.

Onun bir neçə qadını Türkiyəyə aparması və orada cinsi istismara məruz qoyması məlum olub.

Fakt üzrə istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər