12 Sentyabr 2018 13:36
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirli bilinən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Nicat İsrafilovun 8 il 6 ay və Nərgiz Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror zamində olan Nərgiz Fərəcovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini, onun məhkəmə zalından həbs edilməsini təklif edib.

Daha sonra çıxış edən Fəridə Əzizova təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib.

Növbəti proses sentyabrın 19-da davam edəcək.

İttihama görə, təqsirləndirilən şəxslər Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 35000 manat və 18800 dollar olan seyf oğurlayıb.

Fəridə Əzizova Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Nicat İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər