Abşeron rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki avtomobillərin birindən 10 000 ABŞ dolları oğurlanması barədə Abşeron rayon Polis İdarəsinə məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıblar.