Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonunun Zeytun bağları adlanan çöllük ərazidə 1979-cu il təvəllüdlü Dostəli Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb.
Cinayəti törədən Dostəli Abuzərov daha sonra hadisə yerindən qaçıb.
Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Suraxanı rayonunda qətl törədən Dostəli Abuzərovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan Dostəli Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib.
Bildirilir ki, Dostəli Abuzərov 206-cı ilin mayında Qüdrət Malıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşını saxlayıb, onu Abşeron rayonunun Goradil kəndində yaşayan qohumu Balakişi Begiyevin evinə aparmasını tələb edib.
Sərxoş Dostəli Abuzərovun əlində 2 ədəd tüfəng olduğunu görən Qüdrət Malıyev bu tələbi rədd edib.
Bununla əlaqədar baş vermiş münaqişə zəminində Dostəli Abuzərov tüfəngdən atəş açaraq Qüdrət Malıyevi qətlə yetirib.
Bildirilir ki, Dostəli Abuzərov 11 il müddətinə azadlıqdan məhrum edilib, o, 2017-ci ildə həbsdən azad edilib.