21 Sentyabr 2018 10:52
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Xanlar küçəsindəki oyun zallarının birindən 2 televizor, 6 oyun aparatı və 22 pultun oğurlanması barədə 8-ci polis bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Kəngərli rayon sakini S.Quliyev isə Cavadxan küçəsində icarə əsasında işlətdiyi internet klubun kassasından 1200 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən orada işləyən Tovuz rayon sakini Nurlan Məmmədəliyev saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər