Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 430 manat oğurlanması barədə 20-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini F.Abdullayeva saxlanılıb.