Rusiyada cinayət törətdiyi üçün axtarışa verilən azərbaycanlının tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.
Məlum olub ki, Muxtar Nəcəfov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışa verilib.