16 Oktyabr 2018 14:43
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində mağaza sahibini qətlə yetirməkdə təqsirli bilinən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Vüsal Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 24-də Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Quliyev öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb.

Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı varmış.

O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.

Hadisəyə gəldikdə, Vüqar Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.

Vüsal Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Vüqar Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.

Onun psixi problemlərinin olub.

İstintaq orqanı tərəfindən Vüsal Novruzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər