Qəbələ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 14-də rayon ərazisindəki avtomobillərin birindən 600 manat və yan güzgülərini sökülərək oğurlanıb.
Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vüsal Əliyev saxlanılıb.
Cinayətin daha bir iştirakçısının şəxsiyyəti müəyyən edilib. Onun tutulması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.