22 Oktyabr 2018 12:52
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram narkotik vasitə olan heroini satmaq istəyən zaman saxlanılıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq Müslüm Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılmış 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, narkotik vasitələr Fərid Mirzəyev tərəfindən qanunsuz yolla İrandan ölkəmizə gətirilib.

Bundan sonra o, Müslüm Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar.

Faktla bağlı 6-cı polis bölməsində toplanan material araşdırlması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib.


Müəllif: Hacı Zeynalov